“Məşğulluğa Dəstək Layihəsi” üzrə 2022-ci il üçün müraciətlərin qəbuluna başlandı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinə qoşulmaq üçün 2022-ci il üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlanıb. Layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. İcrası zamanı işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, Vətən müharibəsi əlilləri, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və digər kateqoriyalardan olan şəxslərə üstünlük verilir. “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində aşağıda qeyd olunan istehsal və xidmət sahələri üzrə də kiçik bizneslərin qurulmasına dəstək göstərilir:
1 | Avtoçilingər xidmətləri | 14 | Döşəmə və parket cilalanması xidməti |
2 | Avtoelektrik xidmətləri | 15 | Poliqrafiya xidməti |
3 | Avtomobil şinlərinin bərpası və təmiri xidmətləri | 16 | PVC qapı və pəncərə istehsalı |
4 | Avtoyağlamaxidmətləri | 17 | Qadın gözəllik salonu |
5 | Avtotəmizləmə xidmətləri | 18 | Kiçik dərzi sexi |
6 | Ayaqqabı təmiri və istehsalı | 19 | Un məmulatları istehsalı |
7 | Broyler inkubatoru | 20 | Aqroturizm |
8 | Kiçik dəmirçi sexi | 21 | Telefon təmiri |
9 | Dönərxana | 22 | Çatdırılma xidməti |
10 | Kiçik dülgər sexi | 23 | Avtorəngsaz |
11 | Kiçik foto atelye | 24 | Xalça yuma xidməti |
12 | İstixana biznesi | 25 | Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti |
13 | Kişi bərbərxanası | 26 | Su sızması aşkarlama xidməti |
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb