Cümə axşamı, 21 Avqust, 2025

"Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir


  • Dərc edildi: 6 Dekabr, 2021 - 06:08
"Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzitərəfindən təşkil edilən “Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir.

Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə GESCO ASC ilə əməkdaşlıqda həyata keçirilir.

Təlim iştirakçıları qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlığa, yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən şəxslər "GESCO" ASC tərəfindən işlə təmin ediləcək.

 

İlkin seçim meyarları:

20 yaşdan yuxarı şəxslər;

Hərbi xidmət keçmiş şəxslər (qadınlar istisna olmaqla);

Məhkumluğu olmayan şəxslər;

Fiiki cəhətdən sağlam şəxslər;

Minimum orta təhsilli şəxslər.

Son mərhələdə seçilmiş şəxslərdən aşağıdakı sənədlər tələb ediləcək:

sağlamlıq haqqında arayış;

məhkumluq haqqında arayış;

hərbi xidmətdə olduğuna dair təsdiqedici sənəd .

Təlimin müddəti: 1.5 ay

Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil ediləcək.

Seçim prosesi (ı) ərizələrin qəbulu, (II) müsahibə və (ııı) tələb edilən sənədlərin qəbulu mərhələlərindən ibarətdir.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat təqdim ediləcək.

Müraciətləri 30 dekabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz:

https://bit.ly/3lrSlev

Əlavə sualınız yarandığı təqdirdə[email protected]ünvanına müraciət edə bilərsiniz.

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 20
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...