Hörmətli rəssamlar!
Sizi 11 dekabr saat 14.00-da IWS Azerbaijan və IWS Khatai Art Centre tərəfindən keçiriləcək Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopunda iştirak etməyə dəvət edirik.
Vorkşop Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin dəstəyi ilə keçiriləcək.
Akvarel vorkşopunun mövzusu: Nizami Gəncəvi və yaradıcılığı ilə bağlı hər bir janr (fiqurativ, mənzərə, natürmort).
Texnika: 90 % akvarel.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Moda fakultəsinin 4-cü kurs tələbələrinin Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinə həsr edilmiş geyim nümunələri nümayiş ediləcək. Vorkşopda iştirak edən rəssamlar isə istəklərinə görə bu əl işi olan geyim əsərlərini nümayiş etdirən modelləri naturadan çəkə biləcəklər.
Yerlər məhduddur, iştirak qeydiyyat ilə mümkündür. Qeydiyyatdan keçmək üçün İWS Azerbaijan instaqram səhifəsinin direktinə öz əsərləriniz olan səhifənizin linkini və ya 2-3 akvarel işlərinizdən göndərə bilərsiniz. Seçim edildikdən sonra qeydiyyata düşməniz haqqda xəbər veriləcək.
Vorkşopda 18 yaşından yuxarı rəssamlar iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş rəssamlar özləri ilə boya, kağız və fırçalarını gətirməlidirlər. Molbertlər qalereya tərəfindən təqdim ediləcək.
Akvarel vorkşopunda tamaşaçı kimi hər kəs gələ bilər, iştirak edən rəssamların iş prosessuallar verə bilərlər.
Bizim məqsədimiz akvarel sənətinin ölkəmizdə yayılması və inkişaf etməsidir. Akvarel vorkşopu rəssamların yaradıcı ünsiyyəti, təcrübə, bilik mübadiləsi,texnika incəlikləri ilə bir biri ilə bölüşmələri məqsədi ilə keçirilir. Həmçinin hərkəs rəssamların iş prosesini seyr edə bilər, suallar verib texnika ilə tanış ola bilər.
Ümumiyyətlə, vorkşop hər hansı sənətdə praktiki vərdişlərlə bölüşmək məqsədilə iş prosesini geniş auditoriya üçün nümayiş etdirmək deməkdir. "work" sözü "iş" deməkdir," shop "isə bu halda"əyani nümayiş" mənasını verir. Belə hesab etmək olar ki, vorkşop "emalatxana" deməkdir, onun yeni, müasir tərzidir.
Sizi akvarel vorkşopunda gözləyirik! Yaradıcı prosesdən birlikdə zövq alaq!
Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur