TFUG-Azərbaycan olaraq məmnuniyyətlə elan edirik ki, Google dünya miqyasında ÖDƏNİŞSİZ 30 günlük Maşın Öyrənmə təlimi seriyasına başlayır! Maşın Öyrənməsinə tamamilə yeni başlayanlara kömək üçün nəzərdə tutulmuş bu proqram, Google və Kaggle-da çalışan mütəxəssislər tərəfindən hazırlanmışdır. Kurslar, seminarlar, praktiki tapşırıqlar, müsabiqələr və seçilmiş workshopların qarışığından ibarət olan proqram boyunca Azərbaycan dilində mentor dəstəyi əldə edəcəksiniz.
📅 Proqramın başlanma tarixi: 2 Avqust 2021
Qeydiyyat linki: https://t.me/s/tensorflowazerbaijan
30 günlük Maşın Öyrənmə təlimi seriyası nələri əhatə edir?
Proqram Kaggle üzərindən həyata keçiriləcək və mentor tərəfindən həftəlik kurikulum üzrə mövzular izah olunacaq. Bu seminarların ardından, ilk 2 həftədə, Google tərəfindən e-mailinizə praktik tapşırıqlar göndəriləcək. Bu tapşırıqların məqsədi, Pythonda kodlama və ilk maşın öyrənmə modelinizi qurmaq kimi vacib bacarıqları sürətlə əhatə etməkdir.
Bu əsas konsepsiyaları əhatə etdikdən sonra, öyrəndiklərinizi sınamaq üçün əyləncəli, yeni başlayanlar üçün nəzərdə tutulan Kaggle Maşın Öyrənmə yarışmasına dəvət alacaqsınız. Bu yarışmadan əldə etdiyiniz təcrübələr, sizə Kaggle-dən öyrənmə resursu kimi istifadə etməyi və digər Data Scientistlərlə netvorking etmək kimi soft bacarıqları da öyrədəcək. Bundan əlavə, həm yerli müzakirə qrupu, həm də Kaggle komandası tərəfindən yaradılan ümumi rəsmi Slack kanalı, proqramın istənilən həftəsində suallarınızı rahat soruşmağınız üçün imkan yaradacaq.
Proqramın əsas məqamları:
1. Kursu bitirmə sertifikatları
2. Hər həftə Azərbaycan dilində keçirilən dərslər
3. Google-un Developer Expert Data Science Programı tərəfindən seçmə workshoplar
4. Yeni başlayanlar üçün nəzərdə tutulan Kaggle Maşın Öyrənmə yarışmasına dəvət
5. Müsabiqə mükafatları (lider lövhəsində ən yaxşı 10 komanda üçün Kaggle Swag)
Bütün bunların üzərinə maraqlı mövzular üzrə seçmə seminar və workshoplarda iştirak etmək şansınız olacaq.
1-ci həftə: Python əsasları və ilk sadə maşın öyrənmə modelininin hazırlanması.
2-ci həftə: Pandasla məlumatların analizi və nisbətən kompleks modellərin hazırlanması.
3-cü həftə: Kaggle Maşın Öyrənmə yarışması
4-cü həftə: Seçmə workshoplar və müsabiqə qaliblərinin elan edilməsi.
Yerlər məhduddur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur