Technogen MMC “Ofis meneceri” vakansiyası elan edir:
Vəzifə öhdəlikləri
• Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
• Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
• Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi.
• Müəssisəyə məxsus bütün növ sənədlərinin yeri və əhəmiyyətinə, onların təsnifatına və şərtlərinin tələblərinə, eyni zamanda müəssisədə tətbiq olunun prosedur qaydalara uyğun şəkildə sənədlərlə işin aparılmasının, istifadə olunmasının və saxlanmasının təşkili və nəzarəti;
• Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
• Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması;
• Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtı vaxtında yerinə yetirilməsi
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
• Sosial şəbəkə üzərindən daxil olan müraciətlərin cavablandirilmasi və müştərilərə şirkət və satis qiymətlər haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi;
• Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
• Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi və qeydiyyatın aparılması
• Ofisdə ümumi sahələrin təmizliyinə nəzarət, xadimələrin idarə edilməsi, onların təminatı ilə məşğul olmaq;
• Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
Namizədə tələblər:
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Ali təhsil müəssisəsinin məzunu olmaq;
• Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
• Kargüzarlıq qaydalarını bilməlidir
• Azərbaycan dilində səlist danışan/yazan (rus dili mütləqdir, ingilis dili bilikləri arzuolunandır);
• Ciddi, səbirli və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı
Şərtlər:
• İş qrafiki: Həftə içi 5 gün (2 gün istirahət) 10:00-18:00 (qış fəsli ilə əlaqədar)
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
• Əmək haqqı 300 azn + (faiz/mükafat) olaraq müəyyən olunur;
• Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
• İş yeri : “Technogen” MMC, Baş ofis
Ünvan: Bakı şəhəri, Şamil Əzizbəyov 140, Jalə Plaza,3-cü mərtəbə
Müraciət qaydası:[email protected]elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – Ofis menecer yazıb CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: 20 Fevral, 2022
____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur