OMİD Mağazalar Şəbəkəsi SATIŞ MƏSLƏHƏTÇİLƏRİ axtarır
Nərimanov, N.Yusifbəyli, Dərnəgül, Şərq bazarı, Xutor ərazilərində yerləşən OMİD mağazalarında xanım və bəy namizədlər üçün satış məsləhətçisi vakansiyamız aktivdir
İş barədə məlumat:
• Mağazanın satış işini təmin etməlidir;
• Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
• Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
• Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
• Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
• Mağazanın forma geyim tələblərinə riayət etməlidir.
Namizədə tələblər:
• 18-35 yaşı;
• Bəsit riyazi biliklərin olması vacibdir;
• Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);
• Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Əmək şəraiti:
• Əmək haqqı: 500-700 AZN;
• İş rejimi: Həftənin 6 günü;
• Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.
Qeyd edilən ərazilərdə yaşayan xanım və bəy namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə [email protected] elektron ünvanına və ya 055-500-91-00 və ya 055-500-97-38 nömrələrinə whatsapp üzərindən müraciət etmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb