Cümə, 11 İyul, 2025

Azərbaycan İdman Akademiyasında təcrübə keçmək fürsəti


  • Dərc edildi: 10 İyul, 2025 - 13:20
Azərbaycan İdman Akademiyasında təcrübə keçmək fürsəti

Hörmətli tələbələr və yeni məzunlar!

 

Sizi Azərbaycan İdman Akademiyasında təcrübə keçmək fürsətindən yararlanmağa dəvət edirik. Bu təcrübə proqramı sizə real iş mühiti ilə tanış olmaq, praktiki biliklər qazanmaq və peşəkar komandadan öyrənmək imkanı yaradacaq.

 

Akademiyanın əsasən idman sahəsində ali təhsil müəssisəsiolduğuna baxmayaraq, burada

 

1. Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamenti

 

2. Akademik sənədlərlə iş şöbəsi

 

3. Sağlamlıq və menecment fakültəsinin dekanlığı

 

4. İdman fakültəsinin dekanlığı

 

5. Fiziki tərbiyə fakültəsinin dekanlığı

 

6. Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrası

 

7. Menecment və ümumi fənlər kafedrası

 

8. Humanitar fənlər kafedrası

 

9. Fiziki hazırlıq kafedrası

 

10. Komanda idman növləri kafedrası

 

11. Fərdi idman növləri kafedarsı

 

12. Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti

 

13. Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsi

 

14. Ömürboyu təhsil şöbəsi

 

15. MediaLab

 

16. Elmi-tədqiqat mərkəzi

 

17. Karyera inkişafı şöbəsi

kimi müxtəlif struktur bölmələrdə təcrübəçi ola bilərsiniz.

Akademiya innovativ və gənclərin potensialına dəyər verən bir ali təhsil müəssisəsidir.

Təcrübə müddəti: 2025-ci ilin yay tətili dövrünü əhatə edəcək.

İş rejimi: Akademiyanın iş saatları çərçivəsində, təyin olunmuş struktur bölmənin rejiminə uyğun şəkildə.

 

Akademiyada təcrübəçi olmaq üçün əsas tələblər:

 Ali təhsil müəssisələrində təhsil alan (həm bakalavriat, həm magistratura) və ya yeni məzun olmuş namizədlər;

Ünsiyyət və komandada işləmə bacarığı;

Öyrənməyə və inkişaf etməyə maraq;

 MS Office proqramları ilə işləmə bacarığı və ingilis dili üzrə ən az B1 səviyyəsi arzuolunandır;

 Müraciət edilən sahələr üzrə ixtisas uyğunluğu.

 

Təcrübə sizə qazandıracaq:

 Real iş mühitində və layihələrdə iştirak imkanı;

Rəhbərlik tərəfindən dəstək və istiqamətləndirilmə;

 Təcrübə sonunda sertifikat;

 Uğurlu namizədlər üçün gələcəkdə iş imkanı.

 

Müraciət qaydası:

CV və motivasiya məktubu 12 iyul 2025-ci il tarixinədək [email protected] ünvanına göndərilməlidir.

E-mailin mövzu hissəsində “Təcrübə Proqramı – [istədiyiniz struktur bölmə]” qeyd olunmalıdır.

 

Əlaqə üçün məlumat:

Telefon: +99412 5641162

Fətəli Xan Xoyski prospekti, 98

Bakı, Azərbaycan, AZ1072

Mobil: (+994 50) 3772951

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 1723
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 137
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 118
Məktəbəhazırlıq qrup...