Bazar, 24 Avqust, 2025

Təlim və İnkişaf üzrə Menecer vakansiyası


  • Dərc edildi: 10 İyul, 2025 - 13:14
Təlim və İnkişaf üzrə Menecer vakansiyası

Təlim və İnkişaf üzrə Menecer vakansiyası

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Təlim və inkişaf üzrə ümumi strategiyanın hazırlanması və illik planların qurulması.
  • Departament rəhbərləri ilə əməkdaşlıq edərək təlim ehtiyaclarının müəyyən edilməsi və prioritetlərin formalaşdırılması;
  • Satış komandası üçün məhsul bilikləri, satış texnikaları və müştəri yönümlü davranış bacarıqları üzrə təlimlərin təşkili;
  • Servis və texniki heyət üçün istehsalçı standartlarına əsaslanan texniki və diaqnostik təlimlərin koordinasiyası;
  • Müştəri xidmətləri komandası üçün ünsiyyət, xidmət keyfiyyəti və şikayətlərin effektiv idarə olunması mövzularında təlimlərin təşkili;
  • Yeni əməkdaşlar üçün strukturlu onboarding və adaptasiya proqramlarının hazırlanması və tətbiqi;
  • Fərdi inkişaf planlarının (IDP) hazırlanması və tətbiqinə rəhbərlik edilməsi;
  • Onlayn təlim platformasının (LMS) idarə edilməsi, rəqəmsal təlim modullarının yaradılması və aktivliyin izlənməsi;
  • Təlimlərin nəticələrinin qiymətləndirilməsi üçün effektivlik ölçmə metodikalarının(Kirkpatrick modeli, ROI təhlili və s.) tətbiqini təmin etmək;
  • Təlimlərin effektivliyinin qiymətləndirilməsi üçün testlər, sorğular və performans nəticələri əsasında monitorinqin aparılması;
  • İllik təlim büdcəsinin planlaşdırılması, icrası və aidiyyəti hesabatların hazırlanması;
  • Regional və beynəlxalq təlim imkanlarının araşdırılması və təşkilati strukturda tətbiqi;
  1.  
  2. TƏLƏBLƏR:
  3.  
  • Ali təhsil – (İnsan Resursları, Biznesin İdarə Olunması və ya əlaqəli sahələr üzrə)
  • Təlim və İnkişaf sahəsində idarəçi kimi minimum 3 il iş təcrübəsi;
  • Satış, texniki xidmət və müştəri məmnuniyyəti sahələri üzrə baza biliklər;
  • Azərbaycan dili İngilis və Rus dillərini sərbəst bilməli;
  • Təlim dizaynı və effektivlik ölçmə metodikaları üzrə biliklər. 
  • Onboarding və karyera inkişaf sistemlərinin qurulması təcrübəsi.
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusilə təqdimat hazırlamaq qabiliyyəti;
  • LMS və onlayn təlim sistemləri ilə işləmək təcrübəsi;
  • Yüksək səviyyəli təqdimat, analitik düşüncə, planlaşdırma və layihə idarəetmə bacarıqları;

Tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected]  ünvanına göndərməyinizi xahiş edirik. Məktubun mövzu hissəsində “Təlim və İnkişaf üzrə Menecer” qeyd edilməlidir. Sadəcə tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 471
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 93
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7357
Sumqayıt Dövlət Univ...