Bazar, 1 İyun, 2025

“Peşə öyrən, işsiz qalma” devizi ilə növbəti kurs Qusarda təşkil ediləcək


  • Dərc edildi: 22 Fevral, 2022 - 16:30
“Peşə öyrən, işsiz qalma” devizi ilə növbəti kurs Qusarda təşkil ediləcək

“Peşə öyrən, işsiz qalma” devizi ilə növbəti kurs Qusarda təşkil ediləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Peşə öyrən, işsiz qalma” devizi ilə növbəti peşə hazırlığı kursuna başlayacaq. Qusar rayonu Quxuroba kəndində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisəsinin elan etdiyi vakansiyalar üzrə təşkil ediləcək kurs traktorçu və budama mütəxəssisi peşələrini əhatə edir. Seçim zamanı müəssisənin Qusar rayonunun Balaqusar, Düztahir, Gican, Qullar, Maqsudkənd, Minəxur, Moruq, Mucuq, Üzdənoba kəndlərində yerləşən sahələrinə yaxın ərazilərdə yaşayan vətəndaşların işə qəbuluna üstünlük veriləcək. İşə qəbul ediləcək şəxslər əvvəl peşə hazırlığı kurslarına cəlb ediləcək və kurs müddətində onlara minimum əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Əməkdaşlıq çərçivəsində peşə kursunu uğurla bitirən 40 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Müraciət etmək üçün 9 saylı Ərazi Məşğulluq filialının Quba, Qusar və Xaçmaz rayonları üzrə xidmət şöbələrinə yaxınlaşa və ya aşağıdakı nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 023 335-31-33 055 900-18-09 023 325-34-11 __________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 121
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 174
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 94
XVIII Beynəlxalq Ast...