Gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən və media sahəsini dərindən öyrənərək peşəkar biliklərə yiyələnmək istəyən ali təhsilli və 3-4-cü kurs tələbələrini Peşəkar Media Məktəbi sosial layihəsinə qoşulmağa dəvət edirik. 4 ay davam edəcək nəzəri və praktiki təlimlər tamamilə ödənişsizdir və təlimin sonunda hər kəs sertifikatla təltif olunacaqdır. Bundan əlavə, təlimləri yüksək nəticə ilə bitirmiş gənclər Global Media Group-a daxil olan qurumlarda işlə təmin olunma şansını əldə edə bilərlər.
Təlimlər əsasən aşağıdakı istiqamətlərdə aparılacaq:
1. Jurnalistikanın əsasları
2. Xəbərin axtarışı, hazırlanması, xəbər yükünün təyin edilməsi
3. Xəbərin yalan və ya doğru olmasının aşkarlanması
4. Dezinformasiyaya qarşı mübarizə
5. Mediada informasiya texnologiyaları bacarıqları
6. Sosial bacarıqların inkişafı
7. İctimaiyyətlə əlaqələr
8. Mediada SMM
9. Fotojurnalistika
Son qeydiyyat tarixi: 31.08.2025
Müraciət üçün CV-lərinizi [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.