Çərşənbə, 4 İyun, 2025

QA tester vakansiyası


  • Dərc edildi: 17 Mart, 2022 - 07:19
QA tester vakansiyası

ABB Rəqəmsal İnnovasiyaların tətbiqi departamentinə QA tester vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
  • Biznes proseslərin manual testini avtomatlaşdırmaq;
  • Servis testlərini icra etmək;
  • Manual testləri icra etmək;
  • Test keys və Test planını hazırlamaq;
  • Test avtomatlaşdırılan proseslərin monitorinqini həyata keçirmək;
  • Servis testlərini avtomatlaşdırmaq.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilə;
  • Minimum bir il iş təcrübəsinə;
  • Bank prosesləri barədə bilik və təcrübəyə (arzuolunandır);
  • Java proqramlaşdırma dili üzrə təcrübəyə;
  • Oracle, MySql, PostgreSQL üzrə təcrübəyə;
  • QA(Manual - Avtomatlaşdırılma) Test sahəsi üzrə biliklərə;
  • CI sahəsi üzrə Jenkins ve ya Bamboo sahəsi üzrə biliklərə;
  • BPM / Ibus üzrə biliklərə (üstünlükdür).
  • Postman ve SOAPUI bilən və təcrübəyə;
  • Selenium ve Appium bilən və təcrübəyə sahib olan şəxsdir.
  Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. Əlavə məlumat üçün: www.careers.abb-bank.az
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 223
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 59
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 158
Lisey və gimnaziyala...