İşəgötürən: Qarabağ Universitetinin tabeliyində "Qarabağ Universitetinin
Klinikası" publik hüquqi şəxs
Vəzifə: Satınalma üzrə mütəxəssis
İşin təsviri:
• Klinikada satınalma fəaliyyətinin planlaşdırılmasında iştirak etmək, struktur bölmələrin tələbatlarının əvvəlcədən müəyyən olunması məqsədilə müvafiq məlumatların toplanması;
• İllik satınalma planının hazırlanması və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilmiş müddət çərçivəsində Dövlət Satınalmalarının Vahid İnternet Portalında yerləşdirilməsinin təmin edilməsi;
• Satınalma prosedurlarına dair Əsas Şərtlər Toplusunun hazırlanması;
• Elektron satınalma portalında müvafiq elanların yerləşdirilməsi;
• Satınalma prosesində ehtimal olunan qiymətin müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması və qiymətləndirmə sənədlərinin təsdiqlənməsi;
• İxtisaslaşmış təchizatçıların müəyyən olunması, onların siyahısının hazırlanması və dəvət məktublarının göndərilməsi;
• Satınalma prosedurlarının həyata keçirilməsi, tender sənədlərinin, iclas və yekun protokollarının hazırlanması və komissiya tərəfindən təsdiqi prosesinin təşkili;
• Yekun protokolların aidiyyəti üzrə dövlət orqanına təqdim edilməsi və qeydiyyat prosesinə nəzarət;
• Satınalmaların nəticələri ilə bağlı bildirişlərin və müqavilə məlumatlarının müəyyən olunmuş müddətdə elektron portalda yerləşdirilməsi, həmçinin iştirakçı şirkətlərə rəsmi məlumatın verilməsi;
• Satınalma komissiyasına daxil olan sorğuların cavablandırılması və
iştirakçılarla effektiv kommunikasiyanın təmin edilməsi;
• Satınalma müqavilələrinin hüquq və maliyyə şöbəsi ilə əməkdaşlıq
çərçivəsində hazırlanması, dəyişikliklərin, əlavələrin işlənməsi və icraya nəzarət
• Hesab-faktura və aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
• Satınalma prosedurlarına dair rəhbərliyə və müvafiq dövlət qurumlarına hesabatların hazırlanması;
• Satınalma üzrə aylıq və illik fəaliyyət hesabatlarının tərtib edilməsi;
• Dövlət büdcəsi layihəsinin hazırlanmasında iştirak.
Tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və ya müvafiq sahələr üzrə);
• Dövlət satınalmaları sahəsində minimum 2 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının "Dövlət Satınalmaları Haqqında"
Qanununu və müvafiq normativ aktları bilməli;
• etender.gov.az portalı ilə işləmək bacarığı;
• Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və İngilis
dillərini bilməsi üstünlükdür);
• MS Office proqramlarında (xüsusilə Word və Excel) və ERP
sistemlərində sərbəst işləmək bacarığı.
Tələbolunansənədlər:
• tərcümeyi-hal;
• CV;
• ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.
Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix: 30 iyun 2025-cü il
Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “Satınalma üzrə mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb