"Kaspi" Təhsil Şirkəti Qəbul-qeydiyyat işləri üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir.
- Orta ixtisas və ya ali təhsil;
- Bu sahədə minimum 1il iş təcrübəsi
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
- Azərbaycan və rus dilində səlisdanışıq və yazı bacarığı;
- İngilis dilbiliyiarzuolunandır;
- MS Office (MS Word, Excel)kompyuter proqramlarından və məktəbin avadanlıqlarındanistifadə bacarığı;
- Şagirdlər, müəllimlər, valideynlər, eləcə də məktəb heyətinin digər üzvləri ilə peşəkar səviyyədə ünsiyyət bacarığı;
- Yüksək təqdimat və problemləri həll etmə bacarığı;
- Komandada işləmə bacarığı;
- İşində məsuliyyətli, dəqiq, çevik və təşəbbüskar olmaq;
- Liseyə daxil olan telefon zəngləri və yazılı müraciətləri cavablandırmaq, müvafiq məlumatları vermək, digər şöbələrə aid olan müraciətləri təyinatı üzrə yönləndirmək və bu barədə direktora məlumat vermək;
- Məktəbə gələn valideyn, müştəri və ya qonaqları qarşılamaq, onların müraciətlərinə diqqətlə yanaşmaq və müraciətlərin həll olunmasına çalışmaq, eləcə də bu işdə köməklik göstərilməsini təşkil etmək;
- Valideyn və ya müştərilərin müvafiq müraciətlərinə əsasən ehtiyacları müəyyənləşdirmək, müraciət əsasında əlavə məlumatı təmin etmək və ya aidiyyatı üzrə şəxsə/şöbəyə yönləndirmək;
- Məktəbə şagird qəbulu ilə bağlı daxil olan zənglərin, valideyn və ya müştəri məlumatlarının qeydiyyatını aparmaq.
- Məktəbə şagird qəbulu ilə bağlı müraciət edən valideynləri qarşılamaq, onlara məktəbə qəbul, qeydiyyat və imtahan prosesi barədə məlumat vermək;
- Məktəbə şagird qəbulu prosesini həyata keçirmək məqsədi ilə sənəd qəbulu, onlayn qeydiyyatın aparılması, imtahan və müsahibələrin təşkili, imtahan nəticələrinin valideynlərə bildirilməsi və zənglərin edilməsini təmin etmək;
- Valideynləri məktəbin infrastrukturu, maddi-texniki bazası, tədris-təlim otaqları, laboratoriya və s. ilə tanış etmək üçün məktəb binasında müşaiyət etmək;
- Liseyin xidmətlərindən istifadə etmək istəyən valideyn və ya müştərilərin müraciətlərini müvafiq şəxs və ya şöbəyə yönləndirmək;
- Məktəbdə təhsil alan şagirdlərin müxtəlif məlumat bazasının (məsələn, yaşayış əraziləri və s.) hazırlanması və məlumatların bazaya daxil edilməsini həyata keçirmək.
- Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən
- Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur