Qrafik dizayner vakansiyası

Vəzifənin adı:Qrafik dizayner

Yerləşmə:Dərs Evi, Elmlər filialı

İş qrafiki:Bazar ertəsi - Cümə, 10:00 - 19:00

Tələblərimiz:

• Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;

• Qrafik dizayn proqramları ilə mükəmməl işləmə bacarığı (Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe InDesign);

• Motion qrafik dizayn sahəsi üzrə bilik və təcrübəsi olan namizədlərə üstünlük veriləcək;

• Güclü 2D/3D animasiya bacarıqları arzuolunandır;

• İstənilən zaman müştəri və şirkət tərəfindən ehtiyac olacaq dəyişikliklərin edilməsi üçün konstruktiv rəylərə açıq olmaq;

• Müxtəlif layihələrlə və çoxsaylı müştərilərlə işləmək qabiliyyəti;

• Komanda şəklində işləmə bacarığı;

• Kreativ yaradıcılıq bacarığı;

• Dəqiqlik və detallara diqqət;

• Təşəbbüskarlıq və çeviklik.

Əsas öhdəliklər:

• Marketinq şöbəsinin hər kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılması və proseslərin yerinə yetirilməsi;

• Video çarxların təqdimatı və əlavə video/foto məzmunun təqdimatı üçün əsas vizual təsvirlərin, animasiya qrafiklərinin yaradılması;

• Dərs Evinin brend təlimatları çərçivəsində yüksək vizual təsirli materialların istehsalı və çatdırılması üçün tələb olunan bütün dizayn mənbələrinin, iş həcminin müəyyən edilməsi və dəstək;

• Brendin idarə edilməsində və konsepsiyanın hazırlanmasından başlayaraq layihənin Dərs Evinin firma və lisenziyalı məhsullarının və kampaniyalarının reallaşdırılmasına qədər kreativ inkişafında Marketinq şöbəsinin rəhbərinə dəstək;

• Layihə tapşırıqlarının istehsalında Marketinq şöbəsinin rəhbərinə dəstək;

• Cari dizayn trendləri üzrə tədqiqatın aparılması və maraqlı tərəfin ehtiyaclarına əsaslanaraq yatırım edilməli potensial sahələrin müəyyən edilməsi.

Necə müraciət etməli:

Rezümelərinizi məktubun "Mövzu" sətrində"Qrafik Dizayner"qeyd etməklə[email protected]elektron ünvanına göndərməyiniz xahiş olunur. Rezüme ilə birgəPortfoliogöndərməyiniz mütləqdir.

Son tarix: 26 dekabr 2021-ci il


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az