Bazar, 11 May, 2025

“Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsi yekunlaşıb


  • Dərc edildi: 17 Dekabr, 2021 - 13:20
“Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsi yekunlaşıb

“Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsi yekunlaşıb
Salyan şəhərində “Salyan məktəblərində inklüziv təhsilin təbliği və təkmilləşdirilməsi” layihəsi yekunlaşıb.
Layihə rəhbəri Zeynəb Əsədovanın verdiyi məlumata görə, iştirakçı qrupuna intensiv təlimlər keçirilib. Təlimlər interaktiv metodlarla keçirilib və 7 mövzunu əhatə edib.
Daha sonra laborantlar, müəllimlər və müavinlər icmalarında inklüziv təhsilin faydaları haqqında maarifləndirmə işi aparılıb, valideynlər ilə görüşlər keçirilib və sağlamlıq imkanları məhdud uşaqları həmin tədris ilində ümumtəhsil müəssisələrinə cəlb edilib. Həmçinin müəllimlər öz şagirdləri arasında “Müxtəliflik, Əlillik və İnklüzivlik” istiqamətində maarifləndirmə işləri aparıb, onlarla birlikdə bu məzmunda posterlər hazırlayıb. Eyni zamanda hər bir müəllim siniflərinə cəlb elədikləri əlil uşaq(lar) üçün 3 aylıq Fərdi Təlim Planı və qiymətləndirmə üsulu tərtib edib.
Ümumiyyətlə layihə Salyan rayonunda sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun qabaqcıl müdafiəçisi olmaqla, ümumtəhsil müəssisələrində inklüzivliyin təmin olunmasına təkan verəcək.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edib.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...