Qrafik Dizayner vakansiyası

İş Var! Superfon şirkəti Qrafik Dizayner vakansiyası üzrə işə qəbul elan edir! İş yeri: Bakı şəhəri İş təcrübəsi: Müvafiq sahə üzrə min. 3 il Təhsil: Ali Vəzifə öhdəlikləri: 1. Marketinq layihələrinin vizuallaşdırılması; 2. Sosial media üçün kreativ dizaynların və məhsul dizaynlarının hazırlanması; 3. Çöl reklamlarının, daxili bannerlərin, flyerlərin dizaynının hazırlanması; 4. Poliqrafik məhsulların hazırlanması; 5. Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması. Tələblər: 1. Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi; 2. Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi; 3. Koloristikanın əsaslarını bilməli; 4. Tipoqrafika anlayışı olmalıdır; 5. Detallara qarşı diqqətli olmalı; 6. Tapşırıq üzrə kreativ və funksional həllər təklif etməyi bacarmalı; 7. Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalı; 8. Tanınmış brendlərlə və ya bu sahədə ixtisaslaşmış agentlikdə təcrübə üstünlükdür. Təminatlar: - Nahar ilə təmin edilmə; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - Korporativ mobil nömrə. Şirkət haqqında: 2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik. Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir. Müraciət qaydaları: CV-nizi[email protected]elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Qrafik Dizayner” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 31.08.2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az