Gədəbəy Mineral Suları MMC- də Planlama üzrə mütəxəssis vakansiyası aktivdir. Paylaşan şəxslərə öncədən təşəkkürlər.
Vakansiya: Planlama üzrə mütəxəssis
İş barədə məlumat:
• İnventar stoklama səviyyələrinin optimallaşdırılması və müştəri xidmətləri hədəflərini təmin etmək üçün təxminlər və stok planlama prosesinə nəzarət
• Tələbi vəya tədarükü planlaşdırma prosesləri və sistemləri üçün sənədləşmə və standart əməliyyat prosedurlarının, işləmə fayllarının yaradılması, inkişaf etdirilməsi, bu prosedurların üzərində nəzarət, şöbə heyətinin işinin təqib edilməsi
• Proqnoz və müvafiq inventar hədəflərini həyata keçirmək üçün proqnozlaşdırma metodları yaradilması və onların inkişaf etdirilməsi (statistik modellər və digər vasitələrlə)
• İnventar parametrlərinin hazırlanması, rəhbərliyin təsdiqindən sonra bu parametrlərlə inventar hədəflərinin (yetərli stok səviyyəsi daxil olmaqla) qorunmasının təmin edilməsi
• Prognozlaşdırma və stok planlama üçün marketing, satış və digər şöbələrlə əlaqəli şəkildə müzakirə edilərək, analız və hesabatların hazırlanması,
• Prognoz və inventar səviyyələri analizi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
• Prognoz, sifariş, distributorlarla iş, planlama əsasında yarana biləcək problemləri analiz ederek yaranmasının qarşını almağa çalışilması, baş verən problemlərin həll yolunu axtararaq həll etməyə çalışılması
• Gündəlik anbar qalıqların və satışların izlənməsi və analizi
Gündəlik anbar qalıqların və satışların hesabatının hazırlanması SKU və istehsalçı üzrə
• Şirkətini gündəlik və aylıq satış və qalıq üzrə məlumatlandırmaq
• İstehsalatı qalıq və satış üzrə məlumatlandırmaq
• Tarix hesabatının ayda 2 dəfə hazırlamaq və paylaşmaq
• OOS hesabatının hazırlamaq və paylaşmaq
• Bütün idxal olunan məhsullarının istənilən məlumatları və sənədləri satış komandaları ilə paylaşmaq
• Bakı anbarın qalıq və satışların analizi və onlara uyğun olaraq sifarişlər etmək
Tələblər:
• Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsində),
• Təcrübə: 1 – 3 il
• Yaş həddi: 22 — 35 yaş
• Kompüter proqramlarında sərbəst işləmək bacarığı,
• Analitik düşünmə bacarığı,
• Şirkətdə planlaşdırma işinin təşkili,
• Biznes-planların hazırlanma qaydalarını bilməli,
• Hesabatların tərtib edilməsi qaydalarını və s.
- Dil bilikləri : Rus dili (əla) , İngilis dili (yaxşı)
Təminatlar:
• Əmək haqqı: Müsahibə əsasında
• İş rejimi: Tam iş günü (5 gün)
Müraciət etmək istəyən namizədlər CV-lərini[email protected]mail ünvanına mövzu hissəsinə “Planlama üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur