Cümə, 8 Avqust, 2025

“Digital LevelUP” proqramının 3-cü dalğasına start verilir


  • Dərc edildi: 7 Avqust, 2025 - 21:58
“Digital LevelUP” proqramının 3-cü dalğasına start verilir

Agentliyimiz və "StrategEast" arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən “Digital LevelUP” proqramının 3-cü dalğasına start verilir.

 

"Digital LevelUP" proqramı çərçivəsində İKT istiqamətində beynəlxalq sertifikatlı mütəxəssislərin hazırlanması planlaşdırılır. Proqram iştirakçılarına Oracle platforması üzərindən sertifikata hazırlıq imkanları yaradılacaq və onların ödənişli sertifikat imtahanlarına çıxışı təmin ediləcəkdir.

 

 Proqramın 3-cü dalğası “Data Science”, “DevOps” və “Data Analytics” olmaqla 3 təlim istiqamətində 4 ay davam edəcəkdir. Dərslər həm onlayn canlı sessiyalar, həm də "özü öyrənmə" metodu ilə keçiriləcəkdir.

 

  Kimlər iştirak edə bilər?

- Kompüter elmləri üzrə fundamental biliklərə malik;

- İngilis dili biliyi olan bakalavr və magistrantlar.

 

  Proqramın üstünlükləri:

  Proqram ödənişsizdir.

 Tələbələr "OCI Foundation Associate", "Oracle Data Platform Foundations Associate", "OCI AI Foundation Associate" beynəlxalq sertifikat imtahanlarına giriş imkanı qazanacaq.

Fəal tələbələrə əlavə olaraq Oracle Professional səviyyəli imtahanlar üçün voucher təqdim ediləcək.

Proqram boyu hər üç istiqamət üzrə mentor dəstəyi təmin olunacaq.

 Rəqəmsal transformasiya sahəsində qlobal standartlara uyğun bacarıqlarla rəqabət üstünlüyü əldə edəcəklər.

 

 Son qeydiyyat tarixi: 31.08.2025

 

 Qeydiyyat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

LİNK

 

İKT dünyasının aparıcı mütəxəssislərindən biri olmaq şansını qaçırmayın!

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5958
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1174
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 428
“İnnovativ məktəb” l...