Namizəddən tələblər:
- Ali təhsilli olması;
- Müvafiq vəzifədə iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
- ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformaları ilə sərbəst işləmə bacarığı;
- İşgüzar nitq və yazışma qabiliyyəti;
- Stressə davamlılıq və vaxtın effektiv idarə edilməsi bacarığı;
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
Əsas vəzifə və öhdəliklər:
* Müvafiq kadr əmrlərinin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə və əmək haqqı dəyişiklikləri üzrə) və sistemlərə daxil edilməsi;
* Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi;
* Müxtəlif arayışların tərtib edilməsi;
* Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi və bu prosesin koordinasiya olunması;
* Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi;
* Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təqdim edilməsi;
İş şəraiti:
+ Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
+ 5 günlük iş rejimi;
+ Əmək haqqı - 700-900 azn;
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları üzrə kiçik Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.