Cümə axşamı, 21 Avqust, 2025

Quba rayonunda tələbələrin qış düşərgəsi (Winter bootcamp) təşkil ediləcək


  • Dərc edildi: 21 Yanvar, 2022 - 06:59
Quba rayonunda tələbələrin qış düşərgəsi (Winter bootcamp) təşkil ediləcək

5-13 fevral 2022-ci il tarixlərində Təhsil İnstitutunun təşkilatçılığı ilə Quba rayonunda tələbələrin qış düşərgəsi (Winter bootcamp) təşkil ediləcək. Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər. Düşərgədə iştirak etmək istəyən tələbələr 24 yanvar 2022-ci il tarixinədəkhttps://anket.edu.az/link/174linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar. Test imtahanının yanvarın sonunda keçirilməsi nəzərdə tutulur. Düşərgə çərçivəsində tələbələrə qeyd olunan istiqamətlərdə təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək. Təlimlərin sonunda keçiriləcək test imtahanının nəticələrinə uyğun olaraq, ilk 3 yeri qazanan iştirakçıya qiymətli hədiyyələr və sertifikat, bütün iştirakçılara isə sertifikat təqdim olunacaq. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və qış tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 203
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7131
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...