Cümə, 11 İyul, 2025

Qubada “MathCamp 2022” və “IT Camp Hackathon 2022” yaz düşərgələri təşkil edilib


  • Dərc edildi: 4 May, 2022 - 16:46
Qubada “MathCamp 2022” və “IT Camp Hackathon 2022” yaz düşərgələri təşkil edilib

Qubada “MathCamp 2022”“IT Camp Hackathon 2022” yaz düşərgələri təşkil edilib   Azərbaycan Respublikasının Təhsil İnstitutunun və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 29 aprel – 3 may 2022-ci il tarixində Quba rayonunda “MathCamp 2022” riyaziyyat üzrə və “IT Camp Hackathon 2022” tələbələrin yaz düşərgəsi təşkil edilib. Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.   22 riyaziyyat, 29 texniki ixtisaslar üzrə olmaqla, ümumilikdə 51 nəfərin iştirakı ilə həyata keçirilən düşərgədə III və IV kurs tələbələri, həmçinin magistrantlar iştirak ediblər. Düşərgə çərçivəsində tələbələr üçün təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış dərslər, təlimlər və vorkşoplar təşkil edilib. İştirakçıların dərsdənkənar asudə vaxtın daha səmərəli təşkili məqsədilə müxtəlif əyləncəli oyunlar, idman və bilik yarışları təşkil olunub.   5 günlük yaz düşərgəsinin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

_______
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 05:47 539
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 105
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 104
Məktəbəhazırlıq qrup...