4 may 2022-ci il tarixində Şirvan-Salyan regional təhsil idarəsində təqdimat olub
Təqdimat mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak etmişdir. İclasda Şirvan-Salyan regional təhsil idarəsinin yeni müdiri Sənan Mənsimli tədbir içtirakçılarına təqdim edilmişdir. Görüşdə regionun 5 rayonu Neftçala, Salyan, Biləsuvar, Şirvan və Hacıqabul rayonundan gələn təhsil işçiləri də iştirak etmişlər.
Təhsil nazirinin müavini regional idarələrinin əsas məsuliyyətinin təhsilin keyfiyyətinin daha da yüksəlməsinə nail olmaq olduğunu vurğuladı.
Nazir müvaini bu dəyişiklikdəki məqsədlərdən danışıb: “İndiyədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələrin idarəetməsi və təşkili bir formatda, ümumtəhsil məktəbləri isə başqa bir formatda idi. Maliyyələşmə isə tamam başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodik kabinetlər dördü biri-biriylə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid formata gətirək. Təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq. Bu gün təhsil mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə zamanında və düzgün baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcəkdir”.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur