“Quraşdırma üzrə Mütəxəssis” təlimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzitərəfindən “Quraşdırma üzrə Mütəxəssis” təliminə müraciətlər qəbul edilir.

Təlim Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə AzerconnectMMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Təlimə seçilmiş şəxslər IP TV (internet protokol televiziyası) qutuların, istifadə olunan Router və Switch kimi qurğuların quraşdırılması, abonentlər üçün şəbəkə kabellərinin çəkilişi, abonentin internet və televiziya xidmətlərinə qoşulması kimi bacarıqlara yiyələnəcəklər.

Təlimin nəzəri hissəsini müvəffəqiyyətlə bitirən şəxslər “Azerconnect” MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər.

Təlimin müddəti: 2 həftə

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Əsas seçim meyarları:

Ali, orta ixtisas və ya peşə təhsili;

TV və İnternet xidmətlərinin quraşdırılması və çəkilişi üzrə təcrübənin olması üstünlükdür;

Başlanğıc səviyyə ingilis dili biliklərinin olması üstünlükdür;

Kompüterdən ümumi istifadənin əsasları və əməliyyat sistemləri ilə tanışlıq üstünlükdür.

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müraciətləri 25 avqust, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz.

https://forms.office.com/r/PcGRHi41Gv

Ətraflı: https://bit.ly/37izmeV


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az