“Su Sərvətdir! Qənaət etməyi öyrənək” adlı layihəsinin bağlanış mərasimi baş tutub

30.07.2021 tarixində "Azərsu" ASC-nin akt zalında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Su Sərvətdir! Qənaət etməyi öyrənək” adlı layihəsinin bağlanış mərasimi həyata keçirilib. Gənc tədqiqatçılarımızın su təsərrüfatı sahəsində təcrübi biliklərinin artırılması və gələcəkdə su təchizatı sahəsində innovativ işlərin görülməsinə dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində onlar 5 gün müddətində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Hövsan, Ceyranbatanda yerləşən ixtisaslaşmış müəssisələrində olub, burada “Qlobal əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin mütəxəssisləri və rəhbərliyi ilə praktiki araşdırma və təlimlərdə iştirak ediblər. Tədbir zamanı layihə rəhbəri Xıdırova Pərvanə görülən işlər barəsində məlumat verərək bildirib ki, layihə iştirakçıları “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC)–nin Hövsan Aerasiya Stansiyasında, Mərkəzi Laboratoriyasında, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olublar və sudan səmərəli istifadə sahəsində qabaqcıl iş təcrübəsini öyrəniblər. Layihənin gündəliyinə uyğun olaraq 3 günlük təlim proqramı çərçivəsində iştirakçılarımız elmi məqalələrin yazılması qaydası, tullantı sutəmizləyici hidrotexniki qurğular kompleksi, su ehtiyatlarının davamlı idarə olunması və səmərəli istifadəsi mövzularında maarifləniblər. Daha sonra layihəni əks etdirən hesabat videosunu və layihə iştirakçıların təqdimatında hazırlanan qısametrajlı film qonaqlara təqdim edilib. Qlobal əməkdaşlıq və analitik Araşdırmalar Mərkəzinin sədri Xəyalə Məmmədova, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Vüqar Mirzəyev və “Sukanal” ETLİ-nin “Su təchizatı, kanalizasiya sistemləri və hidrotexniki qurğuların tədqiqi” şöbəsinin rəisi Zahid Nağıyev “Su Sərvətdir! Qənaət etməyi öyrənək” layihəsində fəal iştirak etdiklərinə görə iştirakçılara təşəkkürlərini bildirib, su resurslarının səmərəli idarə edilməsi və innovativ ideyaların bu sahəyə tətbiqinə töhfə verəcəklərinə əminliyini ifadə ediblər. Sonda təlimçilər təşəkkürnamə ilə təltif olundu. Layihə çərçivəsində gənclər arasında keçirilən “STARTAP” müsabiqəsinin qalib komandası diplomlarla və hədiyyələrlə mükafatlandırıldılar. Məqalələrin yazılması üzrə keçirilmiş digər müsabiqədə “CİS texnologiyası ilə və məsafədən zondlama verilənlərindən istifadə etməklə su təsərrüfatı obyektlərinin coğrafi və hidroloji xarakteristikalarının təyini” adlı qalib seçilən məqalə müəllifi diplom və hədiyyə ilə mükafatlandırıldı. Təşkilatı komandanın üzvü Qurbanlı Elgün və Əminə Qəyyumova komanda qaliblərini təbrik etdi və gələcəkdə uğurlar arzuladılar.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az