Şənbə, 2 Avqust, 2025

“Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlər qəbul edilir


  • Dərc edildi: 13 Avqust, 2021 - 12:58
“Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlər qəbul edilir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlər qəbul edilir. Təlim Azərbaycan RespublikasınınTəhsil NazirliyiyanındaPeşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 25 avqust tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaqdır. Təlimlərə orta ixtisas təhsili, peşə təhsli və ya ali təhsil alan tələbələr və ya məzunlar müraciət edə bilərlər. Seçim üçün TV və İnternet xidmətlərinin quraşdırılması və çəkilişi, kompyuterdən ümumi istifadənin əsasları və əməliyyat sistemləri üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək. Müraciətlər 25 avqust, 2021-ci il tarixinədək bukeçidüzərindən qəbul edilməkdədir. Təlimə seçilmiş şəxslər IP TV (internet protokol televiziyası) qutuların, istifadə olunan router və switch kimi qurğuların quraşdırılması, abonentlər üçün şəbəkə kabellərinin çəkilişi, abonentin internet və televiziya xidmətlərinə qoşulması kimi bacarıqlara yiyələnəcəklər. Təlimin nəzəri hissəsini müvəffəqiyyətlə bitirən şəxslər “Azerconnect” MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə peşə təhsil mərkəzlərinin nəzdində keçirilən qısamüddətli təlimlər barədə məlumatı Agentliyin sosial media səhifələrindən əldə edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5289
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 842
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 299
“İnnovativ məktəb” l...