Çərşənbə, 9 İyul, 2025

Rabitəbank-da Yay Təcrübəsi: Mikro kreditlər üzrə


  • Dərc edildi: 8 İyul, 2025 - 23:47
Rabitəbank-da Yay Təcrübəsi: Mikro kreditlər üzrə

 

Rabitəbank olaraq, bank sektorunda karyera qurmaq istəyən gənclər üçün nəzərdə tutulmuş Yay Təcrübə Proqramını təqdim edirik. Bu proqram çərçivəsində iştirakçılar real iş mühiti ilə tanış olacaq, praktiki bilik və bacarıqlara yiyələnəcək, həmçinin peşəkar inkişaflarına töhfə verəcək bir təcrübə əldə edəcəklər.

 

Proqram müddətində 3 ay ərzində:

 

İştirakçılar real bank layihələri üzərində çalışaraq, yaradıcı və analitik bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar

Hər bir təcrübəçiyə təyin edilmiş mentorlar, onların gündəlik fəaliyyətlərinə və layihə tapşırıqlarına dəstək olacaq

Proqramı uğurla başa vuran iştirakçılar Rabitəbank tərəfindən rəsmi sertifikat ilə təltif olunacaqlar

Təcrübə proqramını müvəffəqiyyətlə tamamlayan iştirakçılar, Rabitəbank-da gələcəkdə daimi iş imkanlarına sahib ola bilərlər

 

Tələblər

 

Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı (mütləqdir)

 İngilis və rus dillərində biliklər – üstünlük hesab olunur

Güclü komanda ilə işləmək bacarığı

Yüksək kommunikasiya və təqdimat bacarıqları

Təşəbbüskarlıq və aktivlik

Öyrənməyə açıq və inkişaf etməyə motivasiyalı olmaq

Sonuncu kurs bakalavr və ya hazırkı magistratura tələbəsi olmaq

Rəqəmsal texnologiyalara marağı olan, motivasiyalı namizədlər

Son tarix

İyul 31, 2025

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 80
Məktəbəhazırlıq qrup...
Kaspi Kids "Ələkbər əmi"nin xatirəsini anıb
07 İyul, 2025 - 12:34 72
Kaspi Kids "Ələkbər ...
Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 289
Xaricdə təhsil alan ...