Rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyası

Bank Respublika ASC Rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyasını elan edir. Ümumi vəzifə öhdəlikləri:
  • İnternet üzərindən planlaşdırılma, SEO/SEM, marketinq məlumat bazası, email, sosial media və display reklam kampaniyalarının həyata keçirilməsi;
    • Sosial media fəaliyyətinin dizaynı, qurulması və planlaşdırılması;
    • Bütün rəqəmsal marketinq kampaniyalarının ölçülməsi, hesabatın icrası və hədəflərə uyğun qiymətləndirmə (ROI və KPIs);
    • Tendesiyalar, ideyaların müəyyənləşdirilməsi və onlara əsasən fəaliyyətin optimallaşdırılması;
    • Eksperimentlər və Konversiya testlərinin ölçülməsi, planlaşdırılması və icra olunması;
    • Açılış səhifələri (landing pages) yaratmaq və istifadəçi təcrübəsinin optimallaşdırılması üzrə komandadaxili əməkdaşlıq etmək;
    • Müxtəlif kanallar və müştəri toxunuş nöqtələri vasitəsilə, müştəri təcrübəsinin qiymətləndirilməsi üzrə analitik təhlilin aparılması;
    • Alət konversiya nöqtələri və istifadəçi filterinin optimallaşdırılması;
    • Agentliklər və digər satış tərəfdaşları ilə əməkdaşlıqların həyata keçirilməsi;
    • Yeni texnologiyaların qiymətləndirilməsi və zəruri hallarda rəhbərliyə təqdimatın hazırlanması.
Namizədə qarşı tələblər:
  • Ali təhsil (marketinq və ya müvafiq sahə üzrə təhsil);
  • İş təcrübəsi: rəqəmsal marketinq sahəsi üzrə minimum 3 il;
  • SEO/SEM, marketinq məlumat bazası, email, sosial media və display reklam kampaniyalarının həyata keçirilməsi və planlaşdırılması üzrə təcrübə;
  • Hədəf auditoriyasının təyin olunması və əlaqələndirici, məlumatlandırıcı və ruhlandırıcı rəqəmsal marketinq kampaniyalarının hazırlanması üzrə yüksək səviyyədə təşəbbüskarlıq;
  • İstifadəçi filteri və açılış səhifələrinin optimallaşdırılması üzrə təcrübə;
  • A/B və çoxölçülü eksperimentlər üzrə təcrübə;
  • Google Adwords kampaniyalarının qurulması və optimallaşdırılması üzrə təcrübə;
  • Veb analitika alətləri üzrə yüksək səviyyədə biliklər;
  • Reklam xidməti alətləri üzrə praktiki biliklər;
  • HTML, CSS, and JavaScript üzrə minimal biliklər;
  • Onlayn Marketinq sahəsi üzrə ən son trendlər və uğurlu təcrübələr üzrə məlumatlar;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel, Power Point);
  • Məlumatların idarə olunması üzrə düşünmə və analitik təhliletmə qabiliyyəti (data-driven thinking);
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Rəqəmsal marketinq üzrə mütəxəssis qeyd edərək 23 mart 2022-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az