Bazar ertəsi, 1 Sentyabr, 2025

Rəssamların və bütün mədəniyyət sahələrinin nümayəndələri üçün müsabiqə


  • Dərc edildi: 5 İyul, 2022 - 11:56
Rəssamların və bütün mədəniyyət sahələrinin nümayəndələri üçün müsabiqə

"EU4Culture"layihəsi Azərbaycandan rəssamların və bütün mədəniyyət sahələrinin nümayəndələrinin iştirak edə biləcəyi mobillik qrantları üçün yeni müsabiqə elan edir.

Adı çəkilən ölkələrin vətəndaşları və ya qanuni rezidentləri olan 18 yaşdan yuxarı bütün mədəniyyət sektorlarından olan rəssamlar və ya mədəniyyət xadimləri müsabiqədə iştirak üçün müraciət edə bilərlər.

Layihələrə təcrübə, tanışlıq xarakteri daşıyan səfərlər, konfranslar, təkmilləşdirmə, bilik mübadiləsi və mədəniyyətlərarası dialoqu təşviq edən bütün tədbirləri daxil etmək olar.

Layihələrdə 1 500 avroya qədər qısamüddətli (7-10 təqvim günü), 3 500 avroya qədər ortamüddətli (5 həftəyə qədər), 5 000 avroya qədər uzunmüddətli (12 həftəyə qədər) və 1 000 avroya qədər virtual (səyahət yoxdur, lakin başqa ölkədə baş verən tədbirdə onlayn iştirak) yerdəyişmələr dəstəklənəcək.

Yerdəyişmə üzrə layihələri Aİ-yə üzv dövlətlərdə, Aİ-nin tərəfdaş ölkələrində və digər Avropa ölkələrində 2022-ci ilin oktyabr ayının 17-dən 2023-cü ilin oktyabr ayının 27-nə qədər həyata keçirmək olar. Layihətəkliflərinin son qəbulu tarixi 2022-ci il avqustun 31-dir.

Müsabiqədə iştirak şərtləri ilə bağlı digər mühüm təfərrüatlar saytımızda yerləşdirilənxəbərlərdəvə həmçinin əlavə edilmiş sənəddə mövcuddur.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 984
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 208
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7893
Sumqayıt Dövlət Univ...