Abşeron Tikinti Materialları Mərkəzi MMC Marketinq mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Şirkət bloqunun moderasiyasını aparır;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Müştərilərdən gələn sorğuların analizini aparır.
- Tizer və banner şəbəkələri ilə iş aparır;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.
Namizədə tələblər
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Daşınmaz əmlak sahəsində iş təcrübəsinin olması arzu olunandır
- Təqdimat bacarıqları
- Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı
- Biznes danışıqları aparmaq bacarığı
- Marketinq plan və büdcə hazırlama bacarığı
- Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandı
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı ;
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
Digər məlumatlar
· Əmək haqqı müsahibə əsasında təyin ediləcək
· Ünvan: Bakı, Lökbatan qəs., Xocasən yolu 57
· İş rejimi: 6 günlük
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini[email protected]elektron poçt ünvanına mövzu hissəsində Marketinq mütəxəssisi qeyd edərək göndərə bilərlər. Seçilmiş nümayəndələrlə əlaqə saxlanılacaq.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur