“Sağlam Ailə” klinikası HR menecer vakansiyası elan edir

“Sağlam Ailə” klinikası HR menecer vakansiyası elan edir. Vəzifə və öhdəliklər: ∙ İnsan resurslarının idarə olunması üzrə Müəssisənin siyasətini hazırlayır, rəhbərliyə təqdim edir; ∙ İnsan resurslarının planlaşdırılması və idarəedilməsi; ∙ Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması; ∙ İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi; ∙ Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasını təmin etmək; ∙ Müntəzəm olaraq əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; ∙ İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması; ∙ İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması; ∙ İnsan resurslarının idarə olunması üzrə korporativ idarəetmə sisteminin, o cümlədən kadr planlaşdırılması, işə qəbul və işdən azad etmə; işçilərin tədris ehtiyaclarının öyrənilməsi və ödənilməsi; baza əmək haqqı və ona əlavələrin, işçilərin profillərinin müəyyən edilməsi, motivasiya və qiymətləndirmə, karyera planlaşması, rotasiya və korporativ etika sistemlərinin layihələrini hazırlayır və rəhbərliyə təqdim edir, müvafiq təsdiqdən sonra bu sistemlərin qurulmasını təmin edir və onları təkmilləşdirir; ∙ Departamentin işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir, habelə Departamentin rüblük, yarımillik və illik işini təhlil edir, iş barədə müəyyən olunmuş qaydada rəhbərliyə hesabat təqdim edir. Namizədə olan tələblər: ∙ Ali təhsil; ∙ Aidiyyəti sahədə 5 ildən artıq iş təcrübəsi; ∙ Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;Qeyd:∙ Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər; ∙ Əmək haqqı müsahibə əsasında razılaşdırılır; Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “HR Menecer” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected]elektron ünvanına göndərə bilərlər.Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az