Çərşənbə axşamı, 1 İyul, 2025

Sahibkarlığın İnkişafı Fondu “Əmək haqqı üzrə mühasib” vəzifəsinə dair vakansiyaelan edir


  • Dərc edildi: 14 İyun, 2021 - 05:38
Sahibkarlığın İnkişafı Fondu “Əmək haqqı üzrə mühasib” vəzifəsinə dair vakansiyaelan edir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “Əmək haqqı üzrə mühasib” vəzifəsinə dair vakansiyaelan edir. Vəzifə öhdəlikləri: 1. İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta, həyatın yaşam sığortası və digər tutulmaların hesablanması və ödənilməsi; 2. Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanılması; 3. Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi; 4. Köçürmələrin həyata keçirilməsi üçün internet bankçılıqdan istifadə; 5. DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işlənməsi; 6. Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması; 7. Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması; 8. Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması; 9. İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək; 10.

İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması; 11. Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması; 12. Rəhbərliyin digər əlaqədar tapşırıqlarının yerinə yetirilməsi. Namizədə olan tələblər: 1. Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil; 2. Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi; 3. ACCA F2, F3 imtahanları üzrə sertifikat arzuolunandır; 4. Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər; 5. Azərbaycan dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir); 6. Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı; 7. 1C mühasibat proqramında sərbəst işləmə bacarığı; 8. Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı; 9. Analitik təhlil və təşkilatçılıq qabiliyyəti. Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd etməklə[email protected]e-poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 74
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 41
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...