Şənbə, 23 Avqust, 2025

Şamaxı Astrofizika Rəsədxanasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək


  • Dərc edildi: 10 İyun, 2021 - 07:08
Şamaxı Astrofizika Rəsədxanasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək

Avqustun 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək. RəsədxanadanAZƏRTAC-a bildirilib ki, konfransda ŞAR-ın gənc əməkdaşları Lütfi Zadənin həyat və yaradıcılığı ilə tanış olacaq, öz apardıqları elmi araşdırmalar barədə məruzələr edəcəklər. Toplantıda gənclərlə yanaşı, təcrübəli əməkdaşların da iştirakı gözlənilir. Qeyd edək ki, minikonfrans “Zoom” platforması üzərindən keçiriləcək. Tədbirin proqramı iştirakçıların sayından asılı olaraq tərtib ediləcək. Bu barədə əlavə məlumat veriləcək. Hazırda minikonfransda iştirak etmək istəyənlərdən xahiş olunur ki, əvvəlcə qeydiyyatdan keçsinlər və daha sonra öz çıxışlarının tezislərini hazırlayı[email protected]ünvanına göndərsinlər. Qeydiyyatdan keçmək üçün sərbəst şəkildə göstərilən elektron ünvana özü haqqında məlumat verməsi və iştirak edəcəyini bildirməsi kifayətdir. İştirak üçün üzvlük haqqı tələb olunmur. Tezisləri avqustun 1-dək göndərmək olar. Tezislərin tərtibi haqqında ətraflı məlumatı Şamaxı Astrofizika Rəsədxanasının saytından əldə etmək olar.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 391
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7264
Sumqayıt Dövlət Univ...