Satıcı-Kassir ixtisası üzrə Bakı, Sumqayıt və Gəncə şəhərlərində qısa müddətli ödənişsiz kurslar

“BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkil etdiyi Satıcı-Kassir ixtisası üzrə Bakı, Sumqayıt və Gəncə şəhərlərində qısa müddətli ödənişsiz kurslara qəbul elan olunur. 12 həftəlik təlim proqramı nəzəri və praktiki dərslərdən ibarət olacaq. Təlim çərçivəsində iştirakçılar ərzaq və qeyri ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi və sanitariya qaydaları, müştəri özəllikləri və müştəri məmnuniyyəti və s. mövzular üzrə nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimin nəzəri hissəsi BakıdaTurizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Sumqayıtda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Gəncədə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində həftədə bir gün, praktiki hissəsi isə həmin şəhərlərdə fəaliyyət göstərən "Bazarstore" MMC-nin mağazalar şəbəkəsində həftənin dörd günü real iş şəraitində həyata keçiriləcək. Təlim müddətində iştirakçılar aylıq yol xərci, fərdi qəza sığortası və "Bazarstore" MMC-nin uniforması (xüsusi geyim) və qida ilə təmin olunacaqlar. Satıcı-kassir ixtisası üzrə kursu müvəffəqiyyətlə tamamlayan iştirakçılar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nümunəli dövlət sertifikatı əldə edəcək və "Bazarstore" MMC-nin mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar. Təlimdə kimlər iştirak edə bilər: - 18 yaşdan yuxarı fiziki sağlam, əmək qabiliyyətli, öyrənmək və pərakəndə satış sahəsində peşəkar olmaq istəyən vətəndaşlar; - Təlim müddətində heç bir müəsissədə işləməyən və əyani təhsil almayanşəxslər. Təlim müddəti: 12 həftə Təlimə qəbul üçün müraciətlərinin son tarixi: 22 avqust 2021-ci il Təlim başlanma tarixi: 15 sentyabr 2021-ci il. Təlimə müraciət üçün aşağıdakı link üzərindən online qeydiyyatdan keçə bilərsiniz. Seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər. https://lnkd.in/giVBWAA5

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az