“STP Global Cable” MMC, Ümumi İstehsalat və Təchizat Əməliyyatları departamentinin Satınalma bölməsi üzrəSatınalmameneceri vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Tələblər:
-Ali təhsili;
-Analoji sahədə min 5 il iş təcrübəsi;
-Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
-Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
-İşgüzar və məsuliyyətli olmalı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır
Hansı işləri görəcəksiniz:
-Təchizat ehtiyaclarını proqnozlaşdırır; sadalanan əsas performans göstəricilərini -satın alınmış məhsulların, xammal və s. vaxtında Müəssisəyə çatdırılmasını; çatdırmanın keyfiyyəti; tələb ediləndən artıq alınmış kəmiyyət; satınalma xərcləri; vahid satınalma qiymətləri; vahid satınalmanın inzibati xərcləri; təchizatçıların reytinqini araşdırmaq və həyata keçirmək;
-Yeni layihələrin həyata keçirilməsinə kömək etmək üçün davamlı olaraq öz biliyini artırır; təchizatçı və müqavilə sahəsindəki makro trendləri (meylləri) nəzarətdə saxlamaq və bunlara cavab olaraq planlar həyata keçirmək;
-Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf etdirmək və idarə etmək; təchizatçıların və xidmət təminatçılarının əsas siyahılarını hazırlamaq və təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yeniləmək;
-Öz tövsiyələrini verərək, potensial təchizatçıların siyahısını hazırlamaq;
-Struklardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirimək, satınalma sifarişlərini hazırlamaq və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra etmək;
-Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir;
-Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyasını həyata keçirmək.
Əlavə məlumatlar:
-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma meneceri” yazaraq 14.07.2022- ci il tarixinədək[email protected]ünvanına göndərilməsi xahiş olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur