Cümə axşamı, 14 Avqust, 2025

"Express İT Academy”yay təcrübə proqramı


  • Dərc edildi: 14 İyun, 2022 - 05:40
"Express İT Academy”yay təcrübə proqramı

Sadəcə maliyyə və sosial layihələri deyil, həm də müasir dövrün çağırışlarına cavab verən təhsil sahəsi üzrə proqramlarını da gerçəkləşdirməkdə aparıcı yerlərdən birini tutan “Expressbank”, bu ənənəsinə davam edir. “Expressbank” gənclərin və tələbələrin maarifləndirilməsi, karyera istiqamətlərinin formalaşması və inkişafı üçün“Express İT Academy”yay təcrübə proqramını elan edib.   “Express İT Academy”yay təcrübə proqramı çərçivəsində İnformasiya Texnologiyaları sahəsi üzrə təhsil alan və karyera planlamasını bu istiqamət üzrə qurmaq istəyən tələbələr 3 ay ərzində “Expressbank”ın“Express İT Academy”yay təcrübə proqramında təcrübə keçə bilərlər. Proqramın əsas məğzlərindən biri də “İT” sahəsinin inkişafına və gənclərin təhsil sahəsində “İT” biliklərinin tətbiqinə dəstəkdir. Onlar proqram müddətdə “Front-end” və “Back-end” sahəsi, “IOS” və “ Android” proqramları və digər texniki biliklərə yiyələnəcəklər. Həmçinin iştirakçılar “İT” həllərinə aid qazanacaqları bacarıqlarını əyani olaraq real tapşırıqlar əsasında çalışaraq da test edəcəklər. Təcrübə proqramını uğurla başa vuran gənclər isə işlə təmin olunacaqlar. Həmçinin “İT” sahəsi üzrə təhsil alan 2-ci, 3-cü və 4-cü kurs tələbələri də öz bilk və bacarıqlarını daha da təkmilləşdirmək üçün təcrübə proqramına müraciət edə bilərlər.   Təcrübə proqramına müraciət etmək üçün CV-ləri[email protected]bu mail ünvanına göndərə bilərsiniz.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6479
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1438
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 559
“İnnovativ məktəb” l...