"Satış müdiri" vəzifəsi üzrə vakansiya

İrşadda "Satış müdiri" vəzifəsi üzrə vakansiya var! Hazır CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Vəzifə və öhdəliklər: -Müvafiq qaydada satış hədəflərini təyin etmək və idarə etmək; -Marketinq strategiyalarının, trendlərin analiz və nəticələrinin gəlir planının təhlilini aparmaq; -Regionlar və ərazilər üzrə illik satış kvotalarını proqnozlaşdırmaq və inkişaf etdirməklə satış məqsədlərini müəyyən etmək; -Mövcud və yeni məhsullar üçün satış həcmini və mənfəətini proqnozlaşdırmaq; -Satış qiymətlərinin müəyyən edilməsi üçün bazar araşdırması aparmaq; -Bazar tələblərini və rəqabət mühitini aşkarlamaq; -Rəqibləri , bazarda tələbatını, dəyişkən tendensiyaları araşdıraraq satış həcmini yüksəkdə saxlamaq; -Müştəri bazasının genişləndirilməsi məqsədi ilə strateji plan hazırlamaq və icra edilməsinə nəzarət; -Korporativ müştərilərlə menecment səviyyəsində əlaqələr yaratmaq; -Müştəri ehtiyac və məqsədlərini aşkarlamaq üçün onlarla daim ünsiyyətdə olmaq; -Güclü, uzunmüddətli şirkət və müştəri münasibətlərini yaratmaq, inkişaf etdirmək və idarə etmək; -Satış komandasının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək; -Komandanın motivasiyasının yüksək saxlanılması üçün təkliflər hazırlamaq və komandanın hədəflərinə çatmasında lazımı dəstəyi təmin etmək; -Satış sonrası müştəri məmuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək; -Xərcləri, rəqabəti, tələb və təklifi izləməklə satış qiymətlərini düzgün təyin etmək və tənzimləmək; -Satış, mühasibatlıq və əməliyyat şöbələri ilə birgə iş quraraq satış tələblərini yerinə yetirmək; -Marketinq və satış arasında olan sıx və ardıcıl əlaqənin yaradılması ilə KPİ hesabatlarının verilməsi; -Aparılan analitik hesabatlar vasitəsi ilə potensial müştərilər haqqında məlumatların keyfiyyətini yoxlamaq. Tələblər: Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür); -Ümumi satış təcrübəsi 5-8 il, rəhbər təcrübəsi ən azı 3 il; -Azərbaycan və Rus dillərində mükəmməl yazma və ünsiyyət bacarığı, -MS Office proqramlarından istifadə etmək bacarığı; -Məlumatların təhlili, hesabatların hazırlanması və tendensiyalar əsasında strateji qərarların verilməsi sahəsində təcrübəsi olmalıdır; -Qısa müddət ərzində bir neçə layihəni eyni anda idarə etmə bacarığı; -Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı; -Satış sahəsi üzrə nəzəri və praktiki bilgiləri, komanda idarəedilməsi bacarığı olmalıdır; - Yaş: 30-40 arası; - Cinsi: kişi; İş şəraiti: - İş yeri: “İrşad Electronics” MMC; - İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır; - Əməkhaqqı: 2500 AZN + bonus. *0171

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az