Cümə axşamı, 5 İyun, 2025

Şəbəkə Fəaliyyətinin Hesabatlılığı və Keyfiyyət Təminatı üzrə təcrübəçi


  • Dərc edildi: 3 İyun, 2025 - 00:36
Şəbəkə Fəaliyyətinin Hesabatlılığı və Keyfiyyət Təminatı üzrə təcrübəçi

Şəbəkə Fəaliyyətinin Hesabatlılığı və Keyfiyyət Təminatı üzrə təcrübəçi 

 

Vakansiya haqqında

 

Şirkət: Azerconnect Group

 

İdarə: Şəbəkə Texnologiyaları İdarəsi 

 

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

 

Son müraciət tarixi: 19.06.2025 

 

İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

 

“Azerconnect Group” şirkəti dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023, 2024 və 2025-ci illər üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb. 

 

 

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Şəbəkə Fəaliyyətinin Hesabatlılığı və Keyfiyyət Təminatı üzrə təcrübəçi olaraq Sizin vəzifə öhdəlikləriniz:  

 

Radio, Core və Sabit şəbəkənin elementləri və həmən elementlərdə istifadə olunan ƏPG-lər barədə bilik əldə etmək;

Periodik reportların (gündəlik, həftəlik və s.) vaxtında hazırlanması və dəyişikliklərin analiz olunması;

Real zamanda Şəbəkənin performansının monitorinqi;

Real zamanda performans alarmların müvafiq qruplara göndərilməsi;

Rəhbərlikdən və digər şöbələrdən daxil olan istəklərə uyğun analiz hesabatlarin hazirlanması;

Müvəffəqiyyətli və səlis əməliyyatların aparılması məqsədilə Radio şəbəkədə aparılan işlərin onun fəaliyyətinə təsir effektinin yoxlanılması;

Reportları hazırlamazdan əvvəl dataların tam və düzgünlüyünü yoxlamaq;

Məlumatların emal olunmasına və reportların hazırlanmasının avtomatlaşdırılmasına dəstək olmaq;

İşin tələblərinə uyğun olaraq davamlı yeni biliklər əldə etmək;

Yeni istifadəyə verilən sistemlərin öyrənilməsi və performans monitorinqin operativ təşkil olunması;

Qrup üzvləri və rəhbərliklə münasibətlərdə etik qaydalara tam əməl olunması;

Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək;

Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;

Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;

Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Vəzifənin tələbləri:

 

Telekommunikasiya, Data analitika  və ya buna bərabər digər ixtisas üzrə ali təhsil;

Prosess və reportların avtomatlaşdırılmasında məlumatlı olmaq;

Verilənlər bazasından məlumat əldə etmək üçün sorğular hazırlanmasını bacarmaq;

İstənilən məlumatların səlisliklə vizuallaşdırılması;

İstənilən formatda Performans reportlama;

Maşın dilindən anlayışı olması arzu olunandır;

Statistik analizlərdən anlayışlı olmalı;

4-cü kurs tələbələr və ya Telekommunikasiyaların, Data analitika fakultələrinin yaxınlardakı məzunları;

Azərbaycan dili üzrə səlist səviyyədə şifahi və yazılı biliklər, İngilis dili üzrə ən az İntermediate səviyyə, Rus dili üzrə yaxşı səviyyədə şifahi və yazılı biliklərin olması üstünlük sayılır;

MS Office proqramlarının mükəmməl istifadəçisi;

Python üzrə ilkin anlayışı olmaq;

SQL biliyi üstünlükdür;

Linux əməliyyat sistemi biliyi üstünlükdür. 

 

Biz nə təklif edirik? 

 

Rəqabətli kompensasiya;

Performans əsasında həvəsləndirici və bonuslar;

Əlavə imtiyazlar;

Performansa əsaslanan mədəniyyət;

Müxtəlif təhsil və inkişaf imkanları;

Karyera inkişaf imkanı;

Hibrid iş imkanı;

Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;

Innovativ məhsullar və rəqəmsallaşma;

Beynəlxalq təcrübə;

Yüksək bacarığa malik peşəkar komanda;

Kross-funksional əməkdaşlıq;

Təcrübə mübadiləsi.

 

 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

 

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 251
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 72
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 168
Lisey və gimnaziyala...