“Sağlam Ailə” tibb mərkəzində SƏTƏM üzrə mütəxəssis vakansiyası aktivdir.
Vəzifə və öhdəliklər:
•İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
• İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
• İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
• İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
• Yeni işə qəbul olunanlara əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
• Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirilməsi;
• Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparılması, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən hadisəni törədən səbəblərin müəyən edilməsi, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının həyata keçirilməsinə nəzarət edilməsi.
Namizədə olan tələblər:
·Ali təhsil;
·Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi;
·MS Office proqramları, MS Excel peşəkar biliyi
·Stressə davamlı, məsuliyyətli və punktual.
Şərtlər:
·AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
·Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
·Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
·Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected]
elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur