Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə növbəti “Təhsilin ulduzu” müsabiqəsinə start verilir.
“Motivasiya ver, dəyişiklik yarat” sloqanı ilə keçiriləcək növbəti müsabiqənin məqsədi özünəməxsus yanaşma, təcrübə və yeni fikirləri ilə təhsil prosesinin iştirakçılarını ilhamlandıran, düşüncə tərzini dəyişən müəllimləri üzə çıxarmaq, onları geniş geniş auditoriyaya təqdim etmək, beləliklə, öz fəaliyyətində yeniliklərlə seçilənlərə “Təhsilin ulduzu” mükafatını təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən video-çıxış düşüncə tərzini dəyişdirməyə və mövcud vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənməli, təhsil prosesinin iştirakçılarına motivasiya verməlidir. Video-çıxış göndərərkən ad, soyad, əlaqə nömrəsi, çalışdığınız müəssisə, vəzifə/tədris edilən fənn barədə məlumatları qeyd etməyiniz vacibdir.
QAYDALAR:
1. Müsabiqədə bütün təhsil işçiləri (məktəbəqədər, orta və ali təhsil pillələrində çalışan müəllim, psixoloq, rəhbər işçi) fərdi qaydada iştirak edə bilərlər.
2. İştirakçı motivasiya verən çıxışını video-formatda təqdim etməlidir. Videolar maksimum 15 dəqiqə olmalıdır. Video-çıxışlar 19 dekabr saat 23.59-a qədər [email protected] e-mail ünvanına göndərilməlidir.
3. Ən yaxşı 3 təqdimatın müəllifi yekun tədbirdə çıxışlarını canlı təqdim edəcəklər. Beləliklə, canlı yayımda “Təhsilin ulduzu” seçiləcək. Final mərhələsinin tarixi yaxın günlərdə açıqlanacaq.
QİYMƏTLƏNDİRMƏ MEYARLARI:
Mövzunun aktuallığı
İdeyanın orijinallığı, effektivliyi və real təcrübəyə əsaslanması
Təqdimat bacarıqları, natiqliq və bədən dili
“Facebook” istifadəçilərinin dəyərləndirməsi - bonus 5 bal (Bütün çıxışlar “Facebook” səhifəmizdə yerləşdiriləcək. Facebookda ən çox bəyənilən 3 çıxışa əlavə olaraq 5 bal veriləcək).
MÜKAFAT:
“Təhsilin ulduzu” kuboku, Fəxri diplom və planşet.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur