Cümə axşamı, 21 Avqust, 2025

Sığorta əməliyyatlarına dəstək üzrə təcrübəçi


  • Dərc edildi: 12 May, 2025 - 08:46
Sığorta əməliyyatlarına dəstək üzrə təcrübəçi

“PAŞA Sığorta” ASC namizədləri Sığorta əməliyyatlarına dəstək üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

· Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, müqavilə və s.) hazırlanması;

· Müvafiq hallarda daxili müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;

· Buraxılmış sığorta şəhadətnamələrinin və digər sənədlərin skan olunmasının təmin edilməsi;

· Hazırlanmış sığorta şəhadətnamələrinin daxili müştəriyə çatdırılmasının təmin edilməsi;

· Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.

 

BİLİKLƏR

· Ali təhsil;

· Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi biliklər; B1 səviyyədə İngilis dili arzuolunandır;

· Kompüter bilikləri: MS Office (Excel, Word) proqramları üzrə biliklər.

 

TƏCRÜBƏ

· Sığorta sahəsində təcrübə arzuolunandır.

 

BACARIQLAR

· Komandada işləmək;

· Mükəmməl kommunikasiya bacarığı;

· Öz fikirlərini təmiz ifadə etmək;

· Detallara diqqət və analitik bacarıqlar;

· Məsuliyyətlilik;

· Yaranan şəraitdə tez reaksiya göstərmək.

 

Son müraciət tarixi: 31.05.2025

 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 74
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7063
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1820
Azərbaycan Texnologi...