reklam

Strateji təhlil və hesabatlıq şöbəsində aparıcı mütəxəssis vakansiyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Strateji Təhlil və Beynəlxalq Əməkdaşlıq departamentinin Strateji təhlil və hesabatlıq şöbəsinə aparıcı mütəxəssis vəzifələrinə işə qəbul elan edir. Vəzifə və öhdəliklər: - Qida təhlükəsizliyi sahəsində uzunmüddətli işləməyə maraq göstərməli; - Strateji təhlilin aparılması və planlaşdırmanın həyata keçirilməsi bacarıqlarına malik olmalı; - İnkişaf strategiyalarını və məqsədli proqramları hazırlamaq bacarıqları olmalı; - Analitik və statistik hesabatlılığın təmin edilməsi ilə bağlı təcrübəyə malik olmalı; - Hesabatlıq formalarında dəyişikliklərin və tərtibatların edilməsi biliklərinə malik olmalı; - İrihəcmli məlumat bazaları ilə işləmək bacarıqları olmalı; - Mütəmadi şəkildə qabaqcıl xarici təcrübələri araşdırıb təkliflər verə bilmək bacarıqları; - Yüksək riyazi təfəkkürün olması; - Planlaşdırılan fəaliyyətlərin idarəolunması bacarıqları olmalı; - Müəyyən edilmiş fəaliyyətlərin icra vəziyyətlərini nəzarət altında saxlamalı və görülən işlərlə bağlı rəhbərliyə hesabat verməli. Namizədə tələblər: - Statistik hesabatlılığın təmin edilməsi üçün analitik vasitələrdən istifadə etmək bacarıqları olmalı (Excel, R, Python və s.); - Məlumatların vizuallaşdırılması üçün istifadə edilən proqram təminatları ilə işləmək bacarıqları olmalı (Tableau, PowerBI); - Word, Excel, PowerPoint, Outlook istifadəçi proqramlarında səlis iş bilik və bacarıqları olmalı. Ali təhsil tələbi: - Bakalavriat səviyyəsi. Magistratura səviyyəsi arzuolunandır; - Xaricdə təhsil və ya təcrübə arzuolunandır. Təcrübəyə dair tələb: - Azərbaycan dilini səlis bilməlidir. Sərbəst şifahi və yazılı xarici dil bilikləri olmalıdır. Şərtlər: - İş qrafiki: Tam iş günü Üstünlüklər: - Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlanma təlimlərinə cəlb olunması Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ Strateji Təhlil və Beynəlxalq Əməkdaşlıq departamenti, Strateji təhlil və hesabatlıq şöbəsi, aparıcı mütəxəssis” yazaraq[email protected]e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır. Qeyd:Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır. Suallarla bağlı+99412 377-00-20 (daxili 530, Kadrlar şöbəsi)əlaqə saxlaya bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az