Çərşənbə, 6 Avqust, 2025

Süni intellekt etikası üzrə I Gənclər Forumu keçiriləcək


  • Dərc edildi: 5 Avqust, 2025 - 22:26
 Süni intellekt etikası üzrə I Gənclər Forumu keçiriləcək

Gənclərin nəzərinə! 

 Süni intellekt etikası üzrə I Gənclər Forumu

Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi - 4SİM, Dünya Azərbaycanlıları Gənclər Təşkilatı və Süni İntellekt Azərbaycan Platformasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçirilir!

 Forumda sizi nələr gözləyir?

– Süni intellektin etik tərəfləri ilə bağlı dərin müzakirələr;

– Tanınmış ekspertlərin çıxışları və interaktiv panel sessiyalar;

– Real təcrübələr, ideya mübadiləsi və mütəxəssislərlə şəbəkələşmə imkanı;

– Gələcəyin texnologiyasına fərqli baxış bucağı.

Əgər gələcəyinizi süni intellekt sahəsində görürsünüzsə, bu forum məhz sizin üçündür!

 Məkan: Bakı Dövlət Universiteti

 Son müraciət tarixi: 30 avqust 2025-ci il

Forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın müvafiq bəndlərinə əsasən həyata keçirilir.

Qeydiyyat üçün: https://forms.gle/np7JT8cGHN6krkho7

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5798
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1077
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 390
“İnnovativ məktəb” l...