"Azərbaycan Supermarket" MMC Təchizat Zəncirində Biznesin İnkifaşı üzrə Menecer vakansiyasını elan edir və bu istiqamətdə güclü təcrübəyə malik namizədləri müraciətlərini yönləndirməyə dəvət edir. Pozisiya barədə daha ətraflı məlumatı nəzərinizə çatdırırıq: Vəzifə öhdəlikləri: •Təchizat zəncirində olan bütün sistemlərin araşdırılması, qurulması, təkmilləşdirilməsi (Anbar İdarəetmə Sistemi , Nəqliyyat İdarəetmə Sistemi, Ərazi İdarəetmə Sistemi); Elektron təhlükəsizlik sistemlərinin qurulması və təkmilləşdirilməsi; •Anbar Proseslərinin analiz edilməsi, yalnış proseslərə uyğun həll yolunun təklif edilməsi; •Qərarı alınan yeni proseslərin tətbiqinin planlaşdırılması, təşkili və nəzarəti; •Anbar sistemində olan problemlərin aşkarlanması və həllinin təşkili; •Anbar sisteminin qurulması və təkmilləşdirilməsi; •Nəqliyyat proseslərinin analiz edilməsi və yaranan problemlərin həll edilməsi. Namizədə dair tələblər: •Maliyyə, təchizat zənciri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; •Təchizat zənciri sahələrində 5 ildən artıq iş təcrübəsi; •Təchizat zəncirinin idarə edilməsi haqqında biliklərə sahib olmaq; •Təchizatçılar və müştərilərlə əlaqələrin inkişaf etdirilməsində və saxlanılmasında güclü təcrübəyə malik olmaq; •Mükəmməl təqdimat bacarıqları; •Əla şifahi və yazılı ünsiyyət bacarıqları; •Əla analitik və problemləri həll etmə bacarıqları; •Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı (yazılı və şifahi); •Çeviklik və sürətlə dəyişən mühitdə işləmək bacarığı. Maraqlanan namizədlər[email protected]email ünvanına “Təchizat Zəncirində Biznesin İnkifaşı üzrə Menecer” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.