Cümə axşamı, 21 Avqust, 2025

Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək


  • Dərc edildi: 16 Noyabr, 2021 - 08:10
Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək

Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək

Təhsil naziri Emin Əmrullayev 26 noyabr 2021-ci il saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qeyd olunan rayonların sakinləri 16-24 noyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://portal.edu.az;https://edu.gov.az/az/contact) edərək videoqəbula yazıla bilərlər. Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 260
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 57
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...