Çərşənbə axşamı, 1 İyul, 2025

Təhsil Nazirliyinin məlumatı


  • Dərc edildi: 16 Noyabr, 2021 - 08:03
Təhsil Nazirliyinin məlumatı

Təhsil Nazirliyinin məlumatı
- - -
Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb.
Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb. Bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan məsələlərlə məşğul olacaq.
Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-5 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi “Whatsapp” xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür.
Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) təmin olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 80
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 42
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...