reklam

Təlim üzrə koordinator vakansiyası

Şirkət haqqında:SAT Group MMC (Təlim və konsaltinq şirkəti) SAT Group ölkəmizin qabaqcıl təlim və konsaltinq şirkətlərindən biridir. Fəaliyyətə başladığı 2014-cü ildən indiyə kimi inşaat, bank, qida, pərakəndə, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda fəaliyyət göstərən 500-dən artıq şirkətlərdə satış, marketinq, insan resursları, ümumi idarəetmə istiqamətlərində uğurla biznes konsaltinqi və təlim xidmətləri həyata keçirmişdir. Şirkət olaraq əməkdaşlarımızın davamlı peşəkar inkişafını təmin etmək üçün təlim-inkişaf siyasəti qurulmuş və uğurla həyata keçirilməkdədir. Əməkdaşların rifahı bizim üçün daim prioritet işlərdən biridir. Burada sizi gənc, mehriban kollektiv gözləyir. İş şəraiti: Ünvan: Caspian Plaza Həftəlik iş qrafiki: 5 gün İş saatları: 12:00-21:00 / 10:00-19:00 Əmək haqqı: 600-1000 (namizədə görə dəyişir) Vəzifənin adı:Təlim üzrə koordinator Əmək funksiyaları: • Yeni təlimçilərin tapılması və hazırlanması • Yeni təlim proqramlarının hazırlanması və davamlı olaraq təkmilləşdirilməsi • Təlimlərin keyfiyyətinə nəzarət edilməsi • Müştəri üçün təşkil edilmiş təlimdə təşkilatçı/koordinator qismində iştirak edilməsi (davamiyyətin yoxlanması, geridönüşlərin alınması) • Təşkil olunan təlimlərdə təlim öncəsi hazırlıqların aparılmasına nəzarət edilməsi (dəftər qələm və s ləvazimatlara nəzarət, sertifikatların çapının təşkili) • Təlimlərin təqdimatlarının yenilənməsi (dizayn və content) • Təlim cədvəllərinin təlimçilərə göndərilməsi • Tədbirlərin qrafikinə uyğun çay-kofe fasiləsinin təşkilinə nəzarət edilməsi • Geridönüş formalarının hazırlanması, doldurulmasının və cavabların təhlilinin təşkil edilməsi, nəticələrinin vahid məlumat bazasına daxil edilməsi • təlimlərin qrafikinin hazırlanması, təlimçilərlə razılaşdırılması • Təlim çərçivəsində praktiki tapşırıqların və nəticələrinin iştirakçılara ötürülməsi • Təlim sonunda imtahan nəzarətçisi olaraq imtahanın təşkil edilməsi • Geridönüşlər əsasında təlimin təkmilləşdirilməsi üçün təkliflər verilməsi Təhsil tələbləri: • Bakalavr Staja dair tələb: • 5 il İxtisas səriştələri: • Danışıqların Aparılması • Satış Bacarığı • Təqdimetmə • Komunikasiya • Analitik Düşünmə • Qərarvermə • İdarəetmə • Planlama • Nəzarət • Networking • Eyni vaxtda bir neçə işi görə bilmə Kompüter biliklərinə dair tələblər: • MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə Dil bilikləri: • Azərbaycan dili – Əla • Rus dili - arzu olunandır • İngilis dili - arzu olunandır E-mail:[email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az