Təlim və inkişaf üzrə mütəxəssis vakansiyası

Azərbaycan Beynəlxalq Bankı İnsan resurslarının idarə edilməsi departamentinə Təlim və inkişaf üzrə mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
  Görəcəyiniz işlər:
  • Təlim və inkişaf ehtiyaclarının təhlili və müəyyən edilməsi;
  • Təlim kontentinin dizayn edilməsi;
  • Təlimlərin təşkili və effektivliyinin qiymətləndirilməsi;
  • Sorğuların keçirilməsinin təşkili;
  • Kompetensiyaların digər inkişaf metodlarının tətbiqi;
  • Kompetensiyaların qiymətləndirilməsi;
  • Karyera inkişaf xəritələri ilə işin təşkili;
  • Kritik rollar üçün fərdi inkişaf planlarının tərtibi və icrası;
  • Davamçılarla iş üzrə fərdi inkişaf planlarının tərtibi və icrası;
  • Öyrənmə və inkişaf portalında (LMS) işin təşkili və mütəmadi təkmilləşdirilməsi;
  • Vendorlarla mütəmadi ünsiyyətin qurulması;
  • Təlim və inkişaf üzrə hesabatların hazırlanması və ən yaxşı təcrübə ilə müqayisəsi (benchmark);
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilə; (İnsan resursları sahəsi üzrə xaricdə təhsil arzuolunandır);
  • Yüksək səviyyədə azərbaycan, ingilis və rus dili biliklərinə;
  • İnsan resurslarının idarə edilməsinin təlim və inkişaf istiqaməti üzrə minimum 1 il iş təcrübəsinə;
  • MS office proqramları biliklərinə;
  • Effektiv ünsiyyət bacarıqlarına;
  • Əla səviyyədə təşkilatçılıq bacarığına sahibdir.
  • İnsan resurslarının idarə edilməsinin təlim və inkişaf istiqaməti üzrə iş təcrübəsinə sahib olmaq üstünlükdür.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Təlim və inkişaf üzrə mütəxəssis göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.   Əlavə məlumat üçün: [email protected]  

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az