“Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi “Layihələrlə iş” departamentinə 2 nəfərlik vakansiya elan edir

“Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi “Layihələrlə iş” departamentinə 2 nəfərlik vakansiya elan edir.   “Layihələr və tədbirlərlə iş” sektorunun əməkdaşının vəzifə öhdəlikləri:
  1. “Layihələr və tədbirlərlə iş” sektorunun əməkdaşı Birliyin layihə və tədbirlərinin icrasına, İdarə heyəti tərəfindən qəbul olunan qərarların həyata keçməsinə nəzarət edir:
  • Layihə və tədbirlər ilə bağlı fəaliyyəti tənzimləyir;
  • Ölkə daxilində tərəfdaşlıq edilə biləcək qurumları araşdırır və əlaqələri genişləndirir;
  • Müvafiq sahədə əməkdaşlıqların qurulmasını təmin edir;
  • Layihələrin təkliflərinin hazırlanmasını, tədbirlərin təşkili və icrası həyata keçirir;
  • Birlik tərəfindən icra olunan layihələrin monitorinqində iştirak edir.
  • Layihə və tədbirlərin həyata keçirilməsi zamanı ehtiyac olunan sənədlərin hazırlanmasını təmin edir.
  • Layihə və tədbirlərin icrasına dair işlərdə yaxından iştirak edir.
  • Fəaliyyət ilə bağlı həftəlik hesabatları təqdim edir.
  Namizəd üçün tələblər:
  1. Ali təhsil ( zaman ayıra biləcəyi təqdirdə tələbələr də müraciət edə bilər);
  2. Azərbaycan dilində səlis yazmaq və danışmaq;
  3. Məsuliyyətlilik hissi;
  4. Təşəbbüskar, yaradıcı yanaşmanın və məntiqi-analiz bacarığının olması;
  5. Layihələrin idarəedilməsi sahəsində bilik və bacarıqlarını artırmaq istəyi;
  6. Gərgin iş mühitində, onlayn və oflayn formatda işləmə bacarığı;
  7. Ölkədaxili və xarici və səfərlər üçün münasib olmalıdır,
  8. Ofis texnikası və kompyüter texnologiyalarından istifadə (Microsoft Office),
  9. Yaşı 18-28
Müvafiqə sahədə təcrübə və İngilis dili biliyi arzuolunandır.   “Beynəlxalq əlaqələr və layihələrlə iş” sektorunun əməkdaşının vəzifə öhdəlikləri:
  1. “Beynəlxalq əlaqələr və layihələrlə iş” sektorunun əməkdaşı Birliyin xarici əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq donorlara təqdim olunan layihəhələrin hazırlanması və icrasına, xarici ölkələrdə tədbirlərinin təşkilinə, bu sahədə İdarə heyəti tərəfindən qəbul olunan qərarların həyata keçməsinə nəzarət edir:
  • Layihə və tədbirlər ilə bağlı fəaliyyəti tənzimləyir;
  • Layihələrin təkliflərinin hazırlanmasını, tədbirlərin təşkili və icrasını həyata keçirir;
  • Birliyin müvafiq sahələrdə əməkdaşlıq edə biləcəyi tərəfdaşları araşdırır;
  • Xarici ölkələr ilə əməkdaşlığın qurulması üçün əlaqələr yaradır;
  • Birlik tərəfindən icra olunan layihələrin monitorinqində iştirak edir.
  • Layihə və tədbirlərin həyata keçirilməsi zamanı ehtiyac olunan sənədlərin Azərbaycan və ya İngilis dilində hazırlanmasını təmin edir.
  • Layihə və tədbirlərin icrasına dair işlərdə yaxından iştirak edir.
  • Fəaliyyət ilə bağlı həftəlik hesabatları təqdim edir.
 
  1. Ali təhsil ( zaman ayıra biləcəyi təqdirdə tələbələr də müraciət edə bilər);
  2. İngilis dilində səlis yazmaq və danışmaq;
  3. Məsuliyyətlilik hissi;
  4. Təşəbbüskar, yaradıcı yanaşmanın və məntiqi-analiz bacarığının olması;
  5. Layihələrin idarəedilməsi sahəsində bilik və bacarıqlarını artırmaq istəyi;
  6. Dinamik komandada, gərgin iş mühitində, onlayn və oflayn formatda işləmə bacarığı;
  7. Ölkədaxili və xarici və səfərlər üçün münasib olmalıdır;
  8. Beynəlxalq tədbirlər birliyi təmsil etməlidir;
  9. Ofis texnikası və kompyüter texnologiyalarından istifadə (Microsoft Office),
  10. Yaşı 18-28
Müvafiq sahədə təcrübəsi olması arzuolunandır.   Seçim mərhələsi:
  1. CV – məlumatlarınızı müraciət etdiyiniz vakansiyanı qeyd etməklə [email protected] poçt ünvanına göndərin.
  2. Müsahibə turu
  3. İdarə heyəti tərəfindən təsdiq.
  Şərtlər:
  1. Başlama tarixi Fevral 2022
  2. Sınaq müddəti təcrübə əsasında müəyyən olunacaq ( dərhal, 1 həftə, 1-3 ay )
  3. Əmək haqqı təcrübə və ayrılacaq zaman ( full time, part time) əsasında təyin olunur.
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az