Cümə axşamı, 21 Avqust, 2025

Yayım və rəqəmsal media sahəsində peşəkar vərdişlərini inkişaf etdirmək istəyən jurnalistlər üçün təlim keçiriləcək


  • Dərc edildi: 31 Yanvar, 2022 - 15:23
Yayım və rəqəmsal media sahəsində peşəkar vərdişlərini inkişaf etdirmək istəyən jurnalistlər üçün təlim keçiriləcək

JMMP (Journalism & Media Management Projects - Jurnalistika və Media İdarəçiliyi Layihələri) təşəbbüs qrupu Bakıda 10-13 fevral, 2022-ci il tarixində yayım və rəqəmsal media sahəsində peşəkar vərdişlərini inkişaf etdirmək istəyən jurnalistlər üçün təlim keçirəcək.
Təlim təşəbbüs qrupunun "Yayım mediasında və rəqəmsal platformalarda storitellinq (hekayəçilik), hədəf auditoriyası və nəticələrin ölçülməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Dörd günlük nəzərdə tutulmuş təlim proqramı "Storitellinq (Hekayəqurma və söyləmə) texnikasının yayım jurnalistikası / rəqəmsal mediada tətbiqi və «Google Analitics»in onlayn mediada yeri” mövzusunda olacaq. Təlimçilər USAID-in beynəlxalq media mentorluq dərəcəsini almış jurnalistlər Samirə Həsənli və Ramil Zeynallı olacaq.
Təlimdə nəzəri və praktiki bilgilər ən son beynəxalq təlim standartlarına uyğun hazırlanıb. Seçiləcək 10 jurnalist təlimin sonunda praktiki media məhsulları hazırlayacaq. Yerlər məhduddur.
Təlimdən qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz: https://bit.ly/3H4CICB
Təlim üçün son müraciət tarixi 8 fevral, 2022-ci ildir.
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 188
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7126
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1850
Azərbaycan Texnologi...