“WorldSkills Shanghai 2022” beynəlxalq yarışlarda iştirak üçün aşpazlıq üzrə milli müsabiqə keçirilir
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə milli müsabiqəyə start verilib. Beş mərhələdən ibarət olan müsabiqəyə qeydiyyat 17 - 22 yaş arası gənclər üçün açıqdır. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilmiş iştirakçıların aşpazlıq üzrə nəzəri və praktiki bilikləri beynəlxalq aşpazlar tərəfindən qiymətləndiriləcək. Daha sonra ən yaxşı nəticə göstərən 5 iştirakçı "CÀSÀ" Kulinariya Mərkəzində ödənişsiz əsaslarla peşəkar aşpaz mütəxəssislərin hazırladığı təlim-təcrübə proqramına cəlb olunacaq. Müsabiqənin sonunda qalib şəxs “CÀSÀ” Kulinariya Mərkəzi tərəfindən "Diplom proqramları" üçün təqaüd əldə edəcək və növbəti ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmək hüququ qazanacaq. Müraciətlər 5 noyabr 2021-ci il tarixinədək qəbul edilir. İştirakçılarkeçid linkivasitəsilə qeydiyyatdan keçə və seçim mərhələsinin şərtləri ilə tanış ola bilərlər. Qeyd edək ki, müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur